Menu

Narın faydaları haqqında

Narın faydaları haqqında

Narın hansı faydaları var, nəyə faydalıdır?

Narın faydaları haqqında çox şey söyləmək olar. Narın müxtəlif xəstəliklərin yaranmasının qarşısının alınmasında eləcə də sağlamlığın qorunmasında səhhətimizin daha da yaxşılaşmasına bir çox müsbət təsiri var. Yenicə sıxılmış nar şirəsi tərkibində yüksək konsentrasiyalara malik bir sıra  fitokimyəvi maddələr ehtiva edir. Bəs, narın hansı faydaları var, nəyə faydalıdır? Nar necə yeyilir? Nar şirəsinin faydaları nələrdir? Budur təfərrüatlar…

Narın faydaları haqqında

Tropik və subtropik iqlim qurşaqlarında bitən meyvə olan narın vətəni Yaxın Şərq və Qafqazdır. İmmuniteti gücləndirmək, infeksiyalarla mübarizə aparmaq, xərçəng, ürək və diabet xəstəliklərinə qarşı təsirli olmaq və uzun müddət toxluq hissi vermək narın faydaları hesab olunur. Sağlamlıq üçün çox faydalı olan nar bəzi hallarda narahatlığa səbəb ola bilər.

Narın tərki̇bi̇ hansi vi̇tami̇nlər və mi̇nerallardır?

Narın tərkibində kalium, kalsium və dəmir kimi minerallar, əlavə olaraq da sağlamlığımız üçün vacib olan A, C, K, B vitaminləri və fol turşusu var.

Yüksək polifenol tərkibini də qeyd etmək lazımdır. Polifenollar ikinci dərəcəli bitki piqmentləridir.

Nar ən yüksək antioksidant tərkibli meyvələr sırasındadır. Nar meyvəsi və şirəsinin istifadəsi ilə yanaşı, qida və kosmetika sənayesində nar çiçəyi, nar qabığı, nar toxumu yağı, nar sirkəsi və nar siropu kimi istifadə olunur.

100 qram narın qida dəyəri aşağıdakı kimidir;

Enerji

– kalori 83 (kkal)
– Karbohidratlar 19 (q)
– Şəkər 13 (q)

Minerallar (mq)

  •  kalium 220 (mq)
  •  Fosfor 36 (mq)
  •  Kalsium 10 (mq)
  •  maqnezium 12 (mq)
  •  Dəmir 0,5 (mq)
  •  Sink 0,35 (mq)

vitaminlər

  • Beta karoten 40 (mkq
  • fol turşusu 38 (mkq)
  • K vitamini (16 mkq)
  • Vitamin C 10 (mq)
  • Vitamin E 0,6 (mq)
  • Vitamin B1 0,05 (mq)
  • Vitamin B2 0,02 (mq)
  •  B6 vitamini 0,08 (mq)

NARIN FAYDALARI NƏLƏRDİR?

Narın ən faydalı xüsusiyyətlərindən biri onun güclü təbii antioksidant olmasıdır. Antioksidantların isə orqanizmimiz üçün vacib əhəmiyyət kəsb edir. Yəni ümumi desək orqanizmi xəstəliklərə qarşı daha davamlı edir, hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur, xərçəng kimi xəstəliklərin qarşısını alır.

A, C və E vitaminləri ilə zəngin olan bu meyvə həm də virus əleyhinə və şiş əleyhinə xüsusiyyətlərə malikdir. Nar sink, fosfor, maqnezium və dəmir birləşmələri ilə zəngin meyvədir və müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq şəkərin tərkibinə diqqət yetirilməlidir.

Narın tərkibindəki polifenollar antioksidant kimi fəaliyyət göstərir. Nar qan damarlarını müxtəlif təsirlərdən qoruyur və cavan saxlayır, beləliklə bunun sayəsində qan dövranı yaxşılaşır.

Narın həm də xolesterin salıcı təsiri var. Xolesterol və yağ yığılması ürək xəstəliklərinin ümumi səbəblərindən biridir. Nar damarları bağlayan “pis” xolesterini aşağı salmağa kömək edə bilər. O, həmçinin insult və infarkt riskini azaldan “yaxşı” xolesterini də yüksəldə bilər.

Nar həzm pozğunluğuna qarşı da çox təsirlidir. Onun güclü antibakterial və antiviral təsiri bağırsaq florasına və düzgün işləməsinə mane ola biləcək bütün zərərli mikroorqanizmləri və digər bakteriyaları yox edir.

Nar həm də şişkinlik və qəbizlik problemlərinin qarşısını alaraq həzm sistemini sağlam saxlamağa kömək edir.

5/5 - (3 votes)

Rəy Yaz