Şaxta baba şeirləri
✅ Saxta Baba Seirleri | Yeni Il Seiri Usaq Ucun | Yolka Seiri | ✅ Şaxta Baba şeirləri Və Nəğməsi | ✅ Şaxta Baba şeiri Qısa | ✅ Şaxta Babanın Nəğməsi | ✅ Yolka şeiri Və Ya Nəğməsi |
Saxta baba seirleri | Yeni il seiri usaq ucun | Yolka seiri
saxta baba seirleri, yolka seiri, yeni il seiri usaq ucun, yeni il seiri usaqlar ucun
Şaxta baba şeirləri və nəğməsi
Şaxta baba xoş gəlib
Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
***
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!
***
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.
***
Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-
***
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
– Şaxta baba!…
– Şaxtacan!…
– Haradasan bu vaxtacan?
Müəllif: Əhməd Cəmil
Şaxta baba
Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba
Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.
Müəllif: Xanımana Əlibəyli
Şaxta baba
Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.
Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ libas biçib gəl.
Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında dümağ qar,
Dilində xoş söz gətir
Müəllif: Rafiq Yusifoğlu
Şaxta baba şeiri qısa
Qış deyir
Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.
Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.
***
Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.
Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.
Müəllif: N.Rəfibəyli
Şaxta babanın nəğməsi
Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
***
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.
Müəllif: Əhməd Cəmil
Şaxta Baba
Şaxta Baba, Qar Baba,
Buludları öp baba.
Bəsdir, əsdirdin külək,
Bir az da qar səp baba.
Müəllif: Zaur Ustac
Qar və buz
Şaxta baba bilirsən,
Səni necə sevirik?
Səni hər Yeni ildə
Həsrətlə gözləyirik!
***
Amma ki, Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara
Qartopu oynamağa?
***
Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən!
Müəllif: Gülzar İbrahimova
Şaxta Baba, Qiş Baba
Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!
***
Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!
***
Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!
Müəllif: Mehdi Seyidzadə
Rəy Yaz