Menovazin faydalari
Menovazin – ağrı və qaşınmanı azaltmaq üçün istifadə olunan, xaricə tətbiq edilən dərman preparatıdır. Tərkibində yerli keyləşdirici və iltihab əleyhinə təsirə malik olan mentol, prokain və benzokain var. Menovazin adətən əzələ ağrıları, nevralgiyalar, qaşınan dermatozlar, həmçinin əzilmələr və dartılmalar zamanı ağrını yüngülləşdirmək üçün istifadə olunur.
Menovazan tərkibində mentol, prokain və benzokain olan kombinəedilmiş preparatdır. Mentolun soyuq reseptorlara seçici təsiri sayəsində məlhəm soyuqluq hissi yaradır və onun qıcıqlandırıcı təsiri yüngül keyləşdirici təsirlə əvəz oluna bilər.
- Mentol həm səthi, həm də daha dərində yerləşən damarların tonusunu refleksiv olaraq dəyişir.
- Prokain kifayət qədər güclü keyləşdirici təsirə malikdir. O, damar tonusuna təsir etmir.
- Benzokain səthi ağrıkəsici təsir göstərir.
Yuxarıda qeyd olunan komponentlərin bir preparatda birləşməsi sinir reseptorlarının oyanıqlığının və sinir liflərinin keçiriciliyinin birbaşa təmasda olduqda geri dönən şəkildə pozulmasına səbəb olur, qıcıqlandırıcı və diqqəti yayındıran təsir göstərir, sinir lifinin membranlarının oyanıqlığını azaldır, fəaliyyət potensialının amplitudasını kiçildir, sinir lifi membranının depolarizasiya həddini yüksəldir, fəaliyyət potensialının yuxarı qalxan fazasının inkişaf sürətini azaldır, sinir elementlərində oyanıqlıq dərəcəsini aşağı salır.
Rəy Yaz