Menu

Yeni il şeiri uşaqlar üçün

Yeni il şeiri uşaqlar üçün

Qar yağır, qıp-qırmızı, ağappaq, Soyuq gəldi, amma könlümüz şən. Bəzədik biz “Yolka”nı tez-tələsik, Parlaq olsun hər bir evi sevincdən.

Şaxta Baba gəlir, arxası dolu, Hədiyyə gətirir bacıya, qardaşa. Qar Qız da yanı ilə, gülümsəyir, Biz də hazır, şeir deyək yoldaşa.

Saat vurur, on iki! Oldu təzə il, Hamı deyir: “Ho-ho-ho! Yeni ilin mübarək!” Bütün il sevinc olsun, gülüş olsun, Qoy qəlbimiz hər zaman belə döyəcək!

Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba
Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.

Yeni il gəlir

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
–Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

Yolka bayramı

Yığılın gəlin
Uşaqlar hamı
Gəlin, şən keçsin
Yolka axşamı.

Tıq – tıq – tıq döyüb
Qapını birdən,
Qış baba baxır
Pəncərələrdən,

Ətəyi dolu
Əlvan kağızlar.
Onun içində
Gözəl şeylər var.

Pay gətiribdir
Qış baba sizə,
Deyir ki, tez ol,
Yolkanı bəzə!..

Eşiyə yağır
Quşbaşıtək qar,
Qış baba gəlib
Sizə payı var.

Budur açıldı
Qapı taybatay.
Qış baba dedi:
Aman ay- ay – ay,

Kənara durun
Ay uşaqlar siz.
Əzilib gedər
Yer – yemişiniz!

Qış baba evə
Bir nəzər saldı
Uşaqlar tezcə
Dövrəsin aldı.

Yolka yanında
Çökdü qış baba.
Yaşıl budaqlar
Bir – bir bəzəndi.
Xırda uşaqlar
Hamısı şəndi.

YENİ İL ŞEİRİ

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.
Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.
Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.
Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.
Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

Rəy Yaz