Menu

Şaxta baba şeirləri

Şaxta baba şeirləri

Saxta baba seirleri | Yeni il seiri usaq ucun | Yolka seiri

saxta baba seirleri, yolka seiri, yeni il seiri usaq ucun, yeni il seiri usaqlar ucun


Şaxta baba şeirləri və nəğməsi

Şaxta baba xoş gəlib

Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.

***

Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!

***

Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.

***

Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-

***

Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
–   Şaxta baba!…
–   Şaxtacan!…
–   Haradasan bu vaxtacan?

Müəllif: Əhməd Cəmil 


Şaxta baba
Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba

Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.

Müəllif: Xanımana Əlibəyli


Şaxta baba

Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.

Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ libas biçib gəl.

Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında dümağ qar,
Dilində xoş söz gətir

Müəllif: Rafiq Yusifoğlu


Şaxta baba şeiri qısa

Qış deyir

Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.
Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.

***

Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.
Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.

Müəllif: N.Rəfibəyli


Şaxta babanın nəğməsi

Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!

***

Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.

Müəllif: Əhməd Cəmil 


Şaxta Baba

Şaxta Baba, Qar Baba,
Buludları öp baba.
Bəsdir, əsdirdin külək,
Bir az da qar səp baba.

Müəllif: Zaur Ustac


Qar və buz

Şaxta baba bilirsən,
Səni necə sevirik?
Səni hər Yeni ildə
Həsrətlə gözləyirik!

***

Amma ki, Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara
Qartopu oynamağa?

***

Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən!

Müəllif: Gülzar İbrahimova


Şaxta Baba, Qiş Baba

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

***

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

***

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

Müəllif: Mehdi Seyidzadə


Yolka şeiri və ya nəğməsi

Yolka
Geydi ağ köynəyini
Yenə el,oba.
Xoş gəldin Şaxta baba,
Mehriban baba.
Yandırdın yolkamızda
İşıqları sən,
Sevindirdin gülərüz
Uşaqları sən.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var.
Mahnı deyir, oynayır,
Qaz, ördək, ayı.
Uşaqlar, ay uşaqlar,
Çalın, oynayın.
Yayılsın hər tərəfə
Nəğmələrimiz.
Birləşək yolkamızın
Ətrafına biz.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var.
Sən gedərsən bir zaman
Təzə il gələr.
Gətirər özüylə o,
Təzə nəğmələr.
Onda yenə hamımız
Tutub əl-ələ,
Oynayarıq, gülərik
Min sevinc ilə.
Nəqərat:
Yolka, yolka,
Şən, mehriban yolka!
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var.
Dövrəndə nə çoxlu
Uşaqların var.
Sözləri: Yusif Həsənbəy
Musiqisi: Oqtay Zülfüqarov

4.1/5 - (9 votes)

Rəy Yaz