
8 Mart şeirləri və təbrikləri

✅ 8 Mart – Beynəlxalq Qadınlar Gününün Mənası | ✅ 8 Mart Ana üçün şeirlər: | ✅ Ana | ✅ Səni Sevirəm ANACAN | ✅ Əziz Anama şeir | ✅ Anadır, Ana! |
Beynəlxalq Qadınlar Günü
Hər il 8 mart tarixində qeyd olunan bu bayram, həm Beynəlxalq İşçi Qadınlar Günü kimi tanınır, həm də qadınların ictimai, iqtisadi və siyasi hüquqları uğrunda mübarizəsinə diqqət çəkir. Eyni zamanda qadınlara qarşı hörmət, sevgi və dəyərin ifadəsi kimi də qəbul edilən bu gün artıq bir ənənəyə çevrilib.
8 Mart – Beynəlxalq Qadınlar Gününün Mənası
Bu gün bizə yaxın olan bütün qadınları təbrik etmək və onların həyatımızdakı rolunu dəyərləndirmək üçün əla fürsətdir. Bu münasibətlə sizə Qadınlar Günü barədə maraqlı məlumatlar təqdim etdik ki, təbriklərinizə və mesajlarınıza əlavə dəyər qata biləsiniz.
-
Bəzən dəyərli olan şeylər sevildiyi üçün yox, sevdiyimiz üçün dəyərli olur. Qadınlar isə həm dəyərli, həm də seviləsi varlıqlardır. 8 Mart Qadınlar Günü mübarək!
-
Dünyanın ən gözəl qadınına bu xüsusi gündə sevgilərimi və təbriklərimi göndərirəm. Həyatın daim sevgi və xoşbəxtliklə dolsun!
-
8 Mart münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, həyatınız su kimi saf, bahar çiçəkləri kimi təravətli və daim canlı olsun.
-
Bu gün dünyanın qadınların qarşısında hörmətlə baş əydiyi gündür. Çünki həyatın varlığı sizə borcludur. 8 Mart bayramınız mübarək!
-
Fədakarlığın, səbrin, sevginin və gözəlliyin mənasını soruşsalar, “Anam” deyərəm. Qadınlar Günün mübarək, canım anam.
-
Sən yalnız bir gün deyil, hər anımda mənimləsən. Məni daim dəstəklədin, mənim üçün ən önəmli insansan. Qadınlar günün mübarək olsun!
-
Sevgilim, inanıram ki, sənə göstərdiyin məhəbbət və səbrin qarşılığını bir gün layiqincə verə biləcəyəm. Qadınlar günün mübarək!
-
Səni sevirəm, sevgilim. Bəzən bu sevgimi sözlərlə yetirə bilmirəm, amma inan ki, qəlbimdə daim yerin var. 8 Martın mübarək!
-
Adın, dilimdə səsləndirdiyim ən gözəl söz oldu. Hər səslənişində ya sevgim artır, ya da həsrətim dərinləşir. Qadınlar günün mübarək!
-
Əgər gözlərinlə deyil, qəlbinlə baxsaydın, sevgimin nə qədər böyük olduğunu anlayardın. Qadınlar günün mübarək!
-
Canım anam, sən həyatımın hər anında mənimləsən. Anam olduğun üçün Tanrıya şükür edirəm. Səni sonsuz sevirəm. 8 Martın mübarək!
-
Sən mənim həyat yolumun işıq ulduzu oldun. Hara getsəm, sevgini və dəstəyini hiss etdim. Sayəndə düz yolumu tapdım. Qadınlar günün mübarək!
8 mart ana üçün şeirlər:
Ana
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana, ana… O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!
Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana… O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında…
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana, Ana… Sənə mən rahibəm itaətdə!
Səni sevirəm ANACAN
Ən mehriban anasan,
Günəş kimi yanırsan.
Qoynunda boy atırıq,
Hər arzuya çatırıq.
Bir gün yaşa dolarıq,
Yaradarıq,qurarıq.
Daha gözəl olarsan,
Bizdən razı qalarsan.
Vətən sənin torpağın
Qüdrətinə qurban olum.
Anamın,atamın
Qeyrətinə qurban olum.
Yaz arzulu,yaz diləkli,
Duz-çörəkli,duz-çörəkli.
Mən deyərəm dağ ürəkli
Millətinə qurban olum.
Bu gün sənin bayramındir,
Sevimli günündür,
Bu təkcə sənin deyil,
Mənimdə şad günümdür.
Hərə bir cür hədiyyə,
Ətirli gül-çiçəklər,
Qızılgül.qərənfillər,
Sənə bəxş edəcəklər.
Olmasada bir hədiyyəm,
Deyilsən inciyəsi.
Sənə bir hədiyyəm var
İncə söz hədiyyəsi:
Yəni BAYRAMİN
MÜBARƏK OLSUN.
Əziz anama şeir
Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.
Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayıısın bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.
Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.
Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.
Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.
Anadır, ana!
Qadınsız bir həyat bilirsən nədir?
Tikanlı kol üstə saralmış çiçək.
Məhəbbətlə döyünməyən bir ürək.
Səhrada tuğyan edən isti külək…
Qadındır isidər mənzilimizi,
Oxşar günümüzü, ay-ilimizi.
Qadındır bizlərə həm arxa-dayaq,
Günahlar onunla bağışlanacaq!
Qadınlar dünyada sülh tərəfdarı,
Bəşər övladının tac damarları.
Xoş arzu-diləkli anadır qadın,
Sevimli, istəkli anadır qadın!
Anaların bayramıdır bu günlər,
Onundur ətirli çiçəklər, güllər.
Sevgi dolu dünya bəxş edək ona,
Çünki o, anadır, anadır, ana!
Rəy Yaz